Ucnoqta.az
www.ucnoqta.az

Ötən ay 3,6 min nəfərdən çox şəxsə pensiya təyinatı aparılıb

12:07 - 30 Aprel 2024 tarixində dərc olunub.

2024-cü ilin mart ayı ərzində 3,6 min nəfərdən çox şəxsə proaktiv qaydada yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyinatı aparılıb.

Bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, onların 59,6%-ni kişilər, 40,4%-ni isə qadınlar təşkil edib.

Müəllif: Ucnoqta.az redaksiyası