Ucnoqta.az
www.ucnoqta.az

Oğul atasını döyərək öldürüb

22:40 - 29 Aprel 2024 tarixində dərc olunub.

Göyçay rayon sakini, 1961-ci il təvəllüdlü Əhmədov Eynulla Sahabqulu oğlunun əllə yetirilən xəsarətdən ölməsi barədə polisə məlumat daxil olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Qeyd olunub ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən E.Əhmədovun oğlu Kamal Əhmədov saxlanılıb.

Araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası