Ucnoqta.az
www.ucnoqta.az

Tovuzda 3 otaqlı ev yanıb

09:29 - 29 Aprel 2024 tarixində dərc olunub.

Tovuzda 3 otaqlı ev yanıb.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonun Molla Ayrım kəndində ümumi sahəsi 110 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Bitişik və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ucnoqta.az redaksiyası