Ucnoqta.az
www.ucnoqta.az

Zəngilanda silah-sursat aşkar edilib

09:57 - 28 Aprel 2024 tarixində dərc olunub.

Zəngilanda silah-sursat aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonunun Tağlı kəndi ərazisindən 4 avtomat, 1 pulemyot, 3 avtomat darağı və 251 müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası