Ucnoqta.az
www.ucnoqta.az

Tovuzda yol qəzası - Xəsarət alanlar var

17:13 - 27 Aprel 2024 tarixində dərc olunub.

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınıb.

Hərəkətdə olan "Opel" ilə "VAZ 2107" markalı minik maşınları toqquşub. Qəza zamanı bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Müəllif: Ucnoqta.az redaksiyası