Ucnoqta.az
www.ucnoqta.az

Təcili tibbi yardım əməkdaşlarına xəsarət yetirən şəxsə hökm oxundu

17:24 - 26 Aprel 2024 tarixində dərc olunub.

Ağsuda təcili tibbi yardım xidmətinin əməkdaşlarına xəsarət yetirən şəxs saxlanılıb.

Oxu.Az xəbər verir ki, aprelin 17-si rayon sakini Samit Hüseynov Ağsu rayon təcili tibbi yardım əməkdaşları - həkim-feldşer, 1962-ci il təvəllüdlü Zöhrab Babacan oğlu Şikarova və təcili tibbi yardımın sürücüsü, 1990-cı il təvəllüdlü Elnur Xasıyevə xəsarət yetirib.

Həmin şəxsə qarşı cinayət işi açılıb. Məhkəmənin qərarı ilə Samit Hüseynova üç ay müddətində həbs cəzası verilib.

Müəllif: Ucnoqta.az redaksiyası