Ucnoqta.az
www.ucnoqta.az

Sumqayıtda batan yeniyetmənin axtarışları davam etdirilir

18:27 - 25 Aprel 2024 tarixində dərc olunub.

Aprelin 20-də Ceyranbatan su kanalının Sumqayıt şəhərinin “Stansiya Sumqayıt” adlanan ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 2011-ci il təvəllüdlü Əliyev İbrahim Samir oğlunun axtarışları davam etdirilir.

Ucnoqta.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Hazırda yeniyetmənin batdığı ehtimal edilən istiqamətlər üzrə, o cümlədən, kanalın Ceyranbatan su anbarı ilə birləşən hissəsində axtarışlar intensiv şəkildə həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Müəllif: Ucnoqta.az redaksiyası