Ucnoqta.az
www.ucnoqta.az

Qırğızıstan Prezidenti Füzuliyə getdi

11:15 - 25 Aprel 2024 tarixində dərc olunub.

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedib.

Ucnoqta.az xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Qırğız Respublikasının Prezidenti Sadır Japarovu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qarşıladı.

Müəllif: Ucnoqta.az redaksiyası