Ucnoqta.az
www.ucnoqta.az

Bayden aprelin 24-də Ukraynaya yardımla bağlı qanun layihəsi paketini imzalayacaq

07:09 - 24 Aprel 2024 tarixində dərc olunub.

ABŞ prezidenti Co Bayden Vaşinqtonun Kiyevə silah tədarükünü bu həftə bərpa edə bilməsi üçün Konqresin təsdiq etdiyi Ukraynaya hərbi yardım haqqında qanun layihələri paketini aprelin 24-də  imzalayacaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə çərşənbə axşamı Ağ Evin mətbuat xidməti tərəfindən yayılan Amerika liderinin bəyanatında deyilir: “Mən bu qanun layihəsini masamın üzərinə gələn kimi imzalayacağam və Amerika xalqına müraciət edəcəm ki, biz bu həftə Ukraynaya silah və texnika göndərməyə başlaya bilək”, - deyə Bayden bildirib.

Müəllif: Ucnoqta.az redaksiyası