Ucnoqta.az
www.ucnoqta.az

Sumqayıtda kişi xəstəxananın pəncərəsindən özünü atıb

19:36 - 23 Aprel 2024 tarixində dərc olunub.

Sumqayıtda 58 yaşlı kişi müalicə aldığı xəstəxananın 5-ci mərtəbəsindən özünü ataraq intihar edib.

Ucnoqta.az xəbər verir ki, hadisə 1 saylı şəhər xəstəxanasında qeydə alıb.

1966-cı il təvəllüdlü Fəxrəddin Məmməd oğlu Canıyev müalicə aldığı xəstəxananın sanitar qovşağının pəncərəsindən özünü atıb.

Məlumata görə, F. Canıyev nevroloji şöbədə müalicə alırmış.

Fakt araşdırılır.

Müəllif: Ucnoqta.az redaksiyası