Ucnoqta.az
www.ucnoqta.az

İran HDQ Qırmızı dənizdə ölkənin ticarət gəmilərini müşayiət etməyə başlayıb

11:41 - 17 Aprel 2024 tarixində dərc olunub.

İran Hərbi Dəniz Qüvvələrinin gəmiləri Qırmızı dəniz və Ədən körfəzində İslam Respublikasının ticarət gəmilərini müşayiət etməyə başlayıb.

Ucnoqta.az xəbər verir ki, bunu İran Hərbi Dəniz Qüvvələrinin baş komandanı, kontr-admiral Şəhram İrani deyib.

“Biz gəmilərimizi Ədən körfəzindən Süveyş kanalının ağzına qədər müşayiət edirik və digər ölkələrin gəmilərini qorumağa hazırıq”, - o, bildirib.

Müəllif: Ucnoqta.az redaksiyası