Ucnoqta.az
www.ucnoqta.az

Sumqayıtda 80 yaşlı kişinin meyiti tapılıb

19:13 - 9 Aprel 2024 tarixində dərc olunub.

Sumqayıtda evdə kişi meyiti tapılıb.

Ucnoqta.az xəbər verir ki, hadisə Qurd dərəsi bağlar massivində yerləşən fərdi evdə qeydə alınıb.

1944-cü il təvəllüdlü Xəyal Müseyib oğlu Mahmudovun meyiti yaşadığı evdə aşkarlanıb.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası