Ucnoqta.az
www.ucnoqta.az

Bakının məşhur restoranında məcburi söküntü oldu

18:30 - 8 Aprel 2024 tarixində dərc olunub.

 

Azərbaycan Dövlət Rekalm Agentliyi (ADRA) paytaxt ərazisində qanunsuz və icazəsiz reklam yerləşdirmə hallarına qarşı monitorinq aparıb.

Monitorinq nəticəsində paytaxtın Yasamal rayonu, Mikayıl Müşfiq küçəsindəki "Qurd Qapısı - QƏBƏLƏ" restoranının qanunsuz reklam yerləşdirdiyi müəyyən olunub.

Belə ki, ADRA "Qurd Qapısı - QƏBƏLƏ" restoranının reklamını yol nişanına mane olduğuna görə söküb.

Agentlikdən bildirilib ki, açıq məkanda yerləşdirilən reklam qurğuları yol hərəkətinin təhlükəsizliyi tələblərinə cavab verməli, yol iştirakçıları üçün təhlükə yaratmamalı, sürücülərin yol şəraitini qiymətləndirməsinə mane olmamalı və çətinləşdirməməli, yol hərəkəti nişanlarına və yazılarına bənzəməməlidir.

Bakıda məşhur restoranın qanunsuz yerləşdirdiyi reklam söküldü - FOTO

Müəllif: Ucnoqta.az redaksiyası