Ucnoqta.az
www.ucnoqta.az

Ceyhun Bayramov Qırğızıstana getdi

15:21 - 8 Aprel 2024 tarixində dərc olunub.

Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qırğız Respublikasına rəsmi səfərə yola düşüb.

Ucnoqta.az-a xəbər verir ki, səfər çərçivəsində Ceyhun Bayramovun Qırğız Respublikasının xarici işlər naziri Ceenbek Kulubayev, habelə digər yüksəkvəzifəli rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Müəllif: Ucnoqta.az redaksiyası