Rusiyada Krokus ticarət mərkəzində törədilən terrora görə həbs edilənlərin dindirilmə görüntüləri yayılıb
Ucnoqta.az xəbər verir ki, dindirilmə zamanı "Crocus City Hall" konsert zalında terror aktında ittiham olunanlar kordinatorun adını açıqlayıblar. Sayfullo adlı şəxs onlara hücumun yerini, Ukrayna ilə sərhədə qaçış yolunu müəyyən edən və pul mükafatı vəd edib. Dindirmə görüntülərini Rusiyanın Birinci Kanalı nümayiş etdirib.