Ucnoqta.az
www.ucnoqta.az

Ramazan bayramının namaz vaxtı AÇIQLANDI

12:43 - 6 Aprel 2024 tarixində dərc olunub.

Azərbaycanda Ramazan bayramının namazı məscidlərdə aprelin 10-da qılınacaq.

Bunu APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bildirib. Onun sözlərinə görə, bəzi məscidlərdə namaz saat 08:00, bəzilərində isə 09:00-da qılınacaq:

“Azərbaycanın bütün məscidlərində bu cür qərar verilib. Məscidin imamları da gələn camaatına uyğun olaraq namaz vaxtlarını seçə bilərlər, yəni istərsə, 08:00, istərsə də 09:00”.

Müəllif: Ucnoqta.az redaksiyası