Son günlərdə Azərbaycana edilən kiber hücum və kiber dələduzluq hallarının sayında ciddi artım var.
Ucnoqta.az xəbər verir ki, bu barədə texnobloger Fərid Pərdəşünas bildirib. Kiber hücumlar "YouTube kanllarına hücum", "saxta şans oyunlarında qazancla bağlı linklər", "gömrükdə ilişən malların bəyan edilməsi" ilə bağlı dələduzluq aktları, "həvəsləndirici investisiya yatırımları" ilə xüsusən telegram üzərində qazanc, "elan saytları üzərindən beh tələbi" və s.
"Elan saytlarında satdıqları məhsul üçün zəng edən şəxslərə kart məlumatlarını beh üçün təqdim etməsinlər;
Gömrükdə olan məhsullarının statusu ilə bağlı yalnız müvafiq qurumun rəsmi tətbiqindən məlumat əldə etsinlər. Azərpoçt adından gələn saxta linklərə qətiyyən kart məlumatlarını əlavə etməsinlər;
"YouTube"a bağlı email adreslərində 2 mərhələli təsdiqi altivləşdirməklə, FIDO açarlara üstünlük versinlər;
Kiçib məbləğlərdə real olaraq qazandıran investisiya əməliyyatlarında, onlara müraciət edən saxta brokerlərə vəsait göndərməsinlər;" - mütəxəssis vətəndaşlardan ehtiyatlı olmalarını tövsiyyə edir.