Ucnoqta.az
www.ucnoqta.az

Onların əməkhaqlarına əlavənin müddəti uzadıldı

16:06 - 5 Aprel 2024 tarixində dərc olunub.

COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin vaxtı uzadılıb.

Ucnoqta.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədovun Qərar imzalayıb.

Qərara əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə qərara dəyişiklik edilib.

Dəyişikliklə COVID-19-la mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti 2024-cü il iyulun 1-dək uzadılıb.

Müəllif: Ucnoqta.az redaksiyası