Cənubi Afrika Respublikasının Keyptaun limanının sularında kruiz layneri yük gəmisi ilə toqquşub.
Ucnoqta.az xəbər verir ki, bu barədə yerli SABC radiostansiyası məlumat yayıb.
Məlumata görə, 1,4 min turisti daşıya bilən "Ambience" layneri güclü küləkdə yanalmada olan "Grey Fox" konteyner gəmisi ilə toqquşub. Hər iki gəmi zədələnib.
Bildirilir ki, turistlər və ekipaj üzvlərindən xəsarət alan olmayıb.