Ucnoqta.az
www.ucnoqta.az

UEFA “Qarabağ”a 3 milyon ödədi

17:45 - 4 Aprel 2024 tarixində dərc olunub.

UEFA növbəti dəfə “Qarabağ” klubuna ödəniş edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

“Köhlən atlar”a Avropa Liqasında pley-offa vəsiqə qazanması və 1/8 final mərhələsinə yüksəlməsinə görə 1 milyon 700 min avro (3 milyon, 133 min manat) verilib.

Maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.

Müəllif: Ucnoqta.az redaksiyası