Ucnoqta.az
www.ucnoqta.az

İranda terror nəticəsində ölənlərin sayı artıb

10:17 - 4 Aprel 2024 tarixində dərc olunub.

İranda hərbi və polis obyektlərinə silahlı terror hücumları nəticəsində hüquq-mühafizə qüvvələrinin və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 5 üzvü həlak olub. 

Ucnoqta.az xəbər verir ki, bu barədə İslam Respublikasının daxili işlər nazirinin müavini Məcid Mirəhmədi məlumat verib.

Onun sözlərinə görə, beş təhlükəsizlik qüvvəsi həlak olub, daha 10-u yaralanıb. O, həmçinin əməliyyat zamanı səkkiz terrorçunun məhv edildiyini, bir neçə yaraqlının təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alındığını və tezliklə ya saxlanılıb, ya da məhv ediləcəyini bildirib.

 Daha əvvəl 3 təhlükəsizlik qüvvəsinin öldürüldüyü bildirilirdi.

Daxili İşlər Nazirliyinin rəis müavininin sözlərinə görə, Çaxəbərdə SEPAH-ın qərargahına hücum cəhdindən sonra silahlılar “yaşayış binalarından birinə soxulub və bir neçə nəfəri girov götürüblər”. SEPAH əsgərləri onları azad etmək üçün əməliyyat keçirir. Rəsmi əlavə edib ki, Ruskda polis bölməsinə daxil olmaq cəhdinin qarşısı alınıb.

Müəllif: Ucnoqta.az redaksiyası