Ucnoqta.az
www.ucnoqta.az

Ayaqqabılarında qızıl külçələr tapılan 2 erməni tutuldu - FOTO

18:00 - 3 Aprel 2024 tarixində dərc olunub.

Türkiyənin Qars şəhərində iki erməniəsilli şəxsin ayaqqabılarında qaçaqmalçılıq yolu ilə keçirilən qızıl külçələr tapılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Bildirilib ki, çəkisi 1 kiloqramdan artıq olan qızıl külçələrin dəyəri təqribən 3,5 milyon türk lirəsi (109 min dollara yaxın) olaraq dəyərləndirilib.

Sözügedən şəxslər barəsində qaçaqmalçılıqla bağlı cinayət işi açılıb.

Müəllif: Ucnoqta.az redaksiyası