Ucnoqta.az
www.ucnoqta.az

Konqo Prezidenti Ulu Öndər Heydər Əliyevin xatirəsini anıb

16:59 - 3 Aprel 2024 tarixində dərc olunub.

Ölkəmizdə rəsmi səfərdə olan Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso aprelin 3-də Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Ucnoqta.az xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Müəllif: Ucnoqta.az redaksiyası