Ucnoqta.az
www.ucnoqta.az

60 mindən artıq işləyən pensiyaçı var

15:16 - 2 Aprel 2024 tarixində dərc olunub.

60 mindən artıq işləyən pensiyaçı var.

Ucnoqta.az xəbər verir ki, bu barədə DOST TV-nin canlı yayımında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, işləyən pensiyaçıların 6 ili tamam olduqdan sonra pensiyaları təkrar hesablanır.

"Onlar 6 il işlədikdən sonra topladıqları kapital 72 aya bölünəcək və pensiyaların üzərinə gələcək. Hazırda bununla bağlı elektron proqram hazırlanır.

Cari ildə istifadəyə veriləcək və 6 il tamam olan kimi bu proaktiv qaydada həyata keçiriləcək", - deyə nazir əlavə edib.

Müəllif: Ucnoqta.az redaksiyası