Ucnoqta.az
www.ucnoqta.az

Bakı istintaq təcridxanasına narkotik keçirilməsinin qarşısı alınıb

14:40 - 2 Aprel 2024 tarixində dərc olunub.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb.

Penitensiar xidmətdən Ucnoqta.az-a verilən məlumata görə, həbs edilmiş şəxs Əli Həsənağa oğlu Novruzova dostu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman oradakı gödəkcənin astar hissəsində gizlədilmiş pambığa xüsusi üsulla hopdurulmuş 0,016 qram heroin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası