Ucnoqta.az
www.ucnoqta.az

Kino Agentliyinə mətbuat katibi təyin olunub

12:19 - 2 Aprel 2024 tarixində dərc olunub.

Jurnalist İltifat Sultanov (Hacıxanoğlu) Azərbaycan Kino Agentliyinə (ARKA) yeni mətbuat katibi təyin olunub.

Bu barədə "Report"a onun özü məlumat verib.

Qeyd edək ki, İ.Sultanov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Teatr sənəti" fakültəsini bitirib. O, müxtəlif dövrlərdə bir sıra telekanal, qəzet və saytlarda fəaliyyət göstərib.

Eyni zamanda bir müddət Azərbaycan Bəstəkarlar İttifaqının mətbuat katibi vəzifəsində də çalışıb.

Müəllif: Ucnoqta.az redaksiyası