Ucnoqta.az
www.ucnoqta.az

Ruslan Əliyev yeni vəzifəyə təyin olundu

16:06 - 1 Aprel 2024 tarixində dərc olunub.

“Azəriqaz” İstehsalat Birliyinin sabiq baş direktoru Ruslan Əliyevə "Azərenerji" ASC-də yeni vəzifə verilib.

Ucnoqta.az "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev əmr imzalayıb.

Əmrə əsasən, Ruslan Əliyev "Azərenerji" ASC-nin departament direktoru təyin edilib.

Xatırladaq ki, Ruslan Əliyev ötən ay "Azəriqaz"ın baş direktoru vəzifəsindən azad edilmişdi.

Müəllif: Ucnoqta.az redaksiyası