Ucnoqta.az
www.ucnoqta.az

İsrail ordusu Əl-Şifa xəstəxanası ərazisində əməliyyatı başa çatdırıb

11:00 - 1 Aprel 2024 tarixində dərc olunub.

 İsrail hərbçiləri Qəzza zolağının şimalındakı Əl-Şifa xəstəxana kompleksi ərazisində əməliyyatı başa çatdırıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, IDF və Baş Təhlükəsizlik bölmələri Əl-Şifa xəstəxanası ərazisində hədəfə alınmış əməliyyatları başa çatdıraraq xəstəxananın ərazisindən geri çəkiliblər.

Qeyd olunur ki, hərbçilər terrorçuları məhv edib, xəstəxananın hər yerində çoxsaylı silah və kəşfiyyat sənədlərini ələ keçirib.

Müəllif: Ucnoqta.az redaksiyası