Ucnoqta.az
www.ucnoqta.az

Namiq Mehdiyev vəzifəsindən azad edildi

10:46 - 1 Aprel 2024 tarixində dərc olunub.

Martın 5-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin nümayəndələri Ağdaş Dövlət Humanitar Kollecində monitorinq keçirib.

Agentlikdən verilən xəbərə görə, monitorinq zamanı müvafiq yoxlamalar aparılıb və sənədlərə baxış keçirilib. Aşkarlanmış nöqsanlar nəticəsində Agentliyin 1 aprel 2024-cü il tarixli əmri ilə Kollecin direktoru Namiq Mehdiyevlə bağlanmış əmək müqaviləsinə xitam verilib.

Qeyd edək ki, ölkənin orta ixtisas təhsili müəssisələrində monitorinqlər davam etdirilir.

Müəllif: Ucnoqta.az redaksiyası