Ucnoqta.az
www.ucnoqta.az

Xankəndidə xeyli silah-sursat aşkarlandı

10:11 - 1 Aprel 2024 tarixində dərc olunub.

Xankəndi şəhərində xeyli silah-sursat aşkarlanıb.

Bu barədə Ucnoqta.az-a DİN-dən bildirilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 30-da və 31-də Xankəndi şəhəri ərazisindən 7 ədəd müxtəlif markalı avtomat silahı, 1 tapança, 2 tüfəng, 4 qumbara, 2 qumbaratan, 5 süngü bıçaq 1 alışdırıcı, 75 patron darağı, 1870 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Müəllif: Ucnoqta.az redaksiyası