Ucnoqta.az
www.ucnoqta.az

Netanyahu əməliyyat olunub

04:34 - 1 Aprel 2024 tarixində dərc olunub.

İsrailin baş naziri Binyamin Netanyahunun üzərində yırtıq çıxarılması əməliyyatı uğurlu keçib.

Ucnoqta.az xəbər verir ki, TASS bu barədə baş nazirin ofisinə istinadən məlumat yayıb.

İsrailin baş nazirinin huşunun yerində olduğu, özünü yaxşı hiss etdiyi və reanimasiya otağına köçürüldüyü qeyd edilir. Netanyahu özü Qüds xəstəxanasının tibb işçilərinə təşəkkür edib.

Müəllif: Ucnoqta.az redaksiyası