Ucnoqta.az
www.ucnoqta.az

Sabah maqnit qasırğası olacaq - XƏBƏRDARLIQ

22:51 - 31 Mart 2024 tarixində dərc olunub.

Aprel ayı maqnit qasırğası ilə başlayacaq

Ucnoqta.az xəbər verir ki, Günəşin səthində Yerin ölçüsündən 20 dəfə böyük olan yeni nəhəng tac dəliyi aşkar edilib. Bunun yaxın günlərdə güclü maqnit qasırğasına səbəb olacağı gözlənilir. NASA-nın Günəş Dinamikası Rəsədxanasının əməkdaşları günəşin rentgenini çəkiblər və müəyyən ediblər ki, tac dəliyindən qaçan plazma axını saatda 2,9 milyon kilometr sürətlə hərəkət edir və martın 31-i axşam və ya aprelin 1-i səhər saatlarında Yerə çatacaq.

Belə günəş alovları, bir qayda olaraq, güclü maqnit qasırğalarının yaranmasına səbəb olur.

Müəllif: Ucnoqta.az redaksiyası