Ucnoqta.az
www.ucnoqta.az

5 mindən çox abonentin qazı kəsiləcək

14:39 - 30 Mart 2024 tarixində dərc olunub.

Aprelin 1-də Sumqayıt şəhərində 5 300 abonenetə təbii qazın verilişində fasilə yaranacaq.

Bu barədə Ucnoqta.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Sumqayıt Qaz İstismar Sahəsindən bildirilib.

Məlumata görə, buna səbəb şəhərin Köhnə Corat və Təzə Corat qəsəbələri ərazisində qeyri-qanuni birləşmələrin ləğvi, “Təmiz Qaz” QSC-nin aşkar etdiyi qaz sızmalarının aradan qaldırılmasıdır. Odur ki, bazar ertəsi saat 10:00-dan işlər yekunlaşana qədər qaz təchizatında məhdudiyyətlər olacaq.

Müəllif: Ucnoqta.az redaksiyası