Ucnoqta.az
www.ucnoqta.az

Abşeronda qanunsuz tikililər sökülüb

12:35 - 30 Mart 2024 tarixində dərc olunub.

Abşeron rayonunun Xırdalan şəhəri və Saray qəsəbəsi ərazilərində qanunsuz olaraq tikinti işlərinin aparılması faktları aşkar edilib.

Bu barədə Ucnoqta.az Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa edilən tikililər sökülüb.

Müəllif: Ucnoqta.az redaksiyası