Ucnoqta.az
www.ucnoqta.az

ABŞ-da hərbi helikopter qəzaya uğrayıb

13:06 - 28 Mart 2024 tarixində dərc olunub.

ABŞ-da Koloradoda "AH-64E Apache" hücum helikopteri qəzaya uğrayıb

Ucnoqta.az xəbər verir ki, bu barədə KKTV məlumat yayıb. Məlumata görə, iki hərbçi yaralanıb.

Bildirilir ki, helikopter 4-cü Piyada Diviziyasının 4-cü Döyüş Aviasiya Briqadasına məxsus olub.

Hadisənin hərbi təlim zamanı baş verdiyi bildirilir.

Müəllif: Ucnoqta.az redaksiyası