Ucnoqta.az
www.ucnoqta.az

Kəlbəcərdə qumbaralar aşkarlanıb - Foto

08:37 - 28 Mart 2024 tarixində dərc olunub.

Kəlbəcər rayonunda əl qumbaraları tapılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayonun Qozlu kəndi ərazisindən 14 ədəd “F-1” əl qumbarası və partlayıcı başlıqlar aşkar olunub.

Partlayıcı sursatlar təhlükəsizlik məqsədilə ərazidən götürülüb.

Müəllif: Ucnoqta.az redaksiyası