Ucnoqta.az
www.ucnoqta.az

Stiven Siqal Krokus qurbanlarını ziyarət edib

00:01 - 28 Mart 2024 tarixində dərc olunub.

Aktyor Stiven Siqal N.İ. adına Milli Tibbi-Cərrahiyyə Mərkəzində olan Krokusda terror aktı qurbanlarına baş çəkib.

Ucnoqta.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Rusiya Səhiyyə Nazirliyinin mətbuat xidməti aktyorun martın 27-də tibb müəssisəsinə baş çəkdiyini vurğulayıb. O, terror aktının üç zərərçəkınini ziyarət edib.

Siqal baş verənlərin dəhşətli faciə olduğunu vurğulayıb.

Müəllif: Ucnoqta.az redaksiyası