Ucnoqta.az
www.ucnoqta.az

Fransa Ukraynaya 78 "Sezar" özüyeriyən artilleriya silahı verəcək

23:09 - 26 Mart 2024 tarixində dərc olunub.

Fransa Ukraynaya 78 ədəd "Sezar" özüyeriyən artilleriya qurğusu verəcək

Ucnoqta.az xəbər verir ki, bu barədə Fransanın müdafiə naziri Sebastyan Lekornu deyib.

Həmçinin, onun sözlərinə görə, 2024-cü ildə Fransa 100 min 155 mm-lik mərmi istehsal edə biləcək, onun 80 mini Ukraynaya, qalanı isə Fransa ordusunun ehtiyacları üçün veriləcək.

Müəllif: Ucnoqta.az redaksiyası