Ucnoqta.az
www.ucnoqta.az

Dəmiryol vağzalındakı parkinq qiyməti narazılığa səbəb oldu - FOTO

14:19 - 26 Mart 2024 tarixində dərc olunub.

Xəbər verdiyimiz kimi, Bakı Metropoliteninin "28 May" metro stansiyası ətrafında, eyni zamanda Dəmiryol vağzalının yaxınlığında fərdi minik avtomobillərinin parklanması və ərazidən keçidi qadağan olunub.

Ucnoqta.az xəbər verir ki, Bakı Dəmir Yolu Vağzalının Süleyman Rəhimov küçəsi ilə Mirəli Qaşqay küçəsinin kəsişməsində yerləşən avtodayanacaq stansiyasında parkinq tarifləri müəyyənləşib. Əraziyə təyin edilmiş parkinq qiymətləri sosial şəbəkədə narazılığa səbəb olub. Belə ki, avtomobilin 0-15 dəqiqə parkinqi pulsuz, 1 saat parkinq qiyməti 2 manat, bir günlük qiymət isə 30 manat müəyyənləşdirilib.

Sosial şəbəkə istifadəçiləri parkinq qiymətlərini qonşu Gürcüstanla müqayisə ediblər. Bildirilir ki, qonşu ölkədə 1 həftəlik parkinq 4 GEL (ödəniş anından sonrakı 6 təqvim günü ərzində) - 2 manat 50 qəpik, 1 il parkinq qiyməti 50 lari (ödəniş anından növbəti ilin müvafiq təqvim gününə qədər) 31 manat 34 qəpik təşkil edir.

Qeyd edək ki, tariflər martın 27-dən tətbiq ediləcək.

Müəllif: Ucnoqta.az redaksiyası