Ucnoqta.az
www.ucnoqta.az

Goranboyda yük maşınları toqquşub

09:39 - 26 Mart 2024 tarixində dərc olunub.

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az xəbər verir ki, Bakı- Qazax magistral yolunun Goranboy rayonu ərazisindən keçən hissəsində "Isuzu" və "Hyundai" markalı yük maşınları toqquşub. Nəticədə bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası