Ucnoqta.az
www.ucnoqta.az

Krokusdakı faciədə ittiham olunanlar məhkəmədə - VİDEO

09:55 - 25 Mart 2024 tarixində dərc olunub.

Rusiya İstintaq Komitəsi 137 nəfərin öldüyü “Crocus City Hall” konsert zalına hücumda ittiham edilənləri məhkəməyə çıxarıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə görüntüləri Mash teleqram kanalı yayıb. 19 yaşlı Fayzov məhkəməyə xərəkdə gətilib. Əynində olan yeganə paltar tibbi xalatdır. Təqsirləndirilən şəxsi iki həkim müşayiət edir.

Məhkəmə zalında “Krokus” terror aktı ilə bağlı iş üzrə ikinci müttəhim 25 yaşlı Fəriduni Şəmsütdindir.

Həmçinin üçüncü ittiham olunan Saidakrami Rachabalizodunun da məhkəmə qərarının elanının görüntüləri yayılıb. Terror aktında təqsirləndirilən şəxs ixtisaslaşdırılmış “akvarium”da müttəhimlər kürsüsündə oturarkən onu dinləyib.

Saidakrami təqsirini tamamilə etiraf edib.

Müəllif: Ucnoqta.az redaksiyası