Ucnoqta.az
www.ucnoqta.az

Beyləqan sakini tapdığı silahları polisə təhvil verib

10:20 - 23 Mart 2024 tarixində dərc olunub.

Beyləqan rayonunda üç ədəd ov silahı polisə təhvil verilib.

Qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Beyləqan rayon sakini tapdığı üç ədəd tüfəngi könüllü olaraq Rayon Polis Şöbəsinə təhvil verib.

Silahları təhvil verən şəxsə təşəkkür edilib.

Müəllif: Ucnoqta.az redaksiyası