Ucnoqta.az
www.ucnoqta.az

Xankəndidə silah-sursat tapılıb

09:57 - 23 Mart 2024 tarixində dərc olunub.

Xankəndi şəhəri ərazisindən silah-sursat tapılıb.

Bu barədə Ucnoqta.az-a Azərbaycan Daxili İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 22-də Xankəndi şəhəri ərazisindən 3 avtomat silahı, 2 qumbara, 9 patron darağı, 60 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Müəllif: Ucnoqta.az redaksiyası