Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanlı iş adamına məxsus ticarət mərkəzində atışma - ölənlərin sayı artıb (Yenilənib)

22:17 - 22 Mart 2024 tarixində dərc olunub.

"Crocus City Hall"da atışma nəticəsində 40 nəfər həlak olub, 100-dən çox insan yaralanıb. Yanğınsöndürənlər zirzəmidən 100 nəfəri çıxarıblar.

21:57

Moskva vilayətinin "Crocus City Hall" konsert salonunda baş verən atışmda ölənlərin sayının 15-ə çatdığı bildirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə "Readovka" teleqram kanalı məlumat yayıb.

"Mash" teleqram kanalı ilə konsert salonunda partlayış baş verdiyini, tavanın çökdüyü barədə məlumat yayıb.

"Mash" eyni zamanda silahlı iki nəfərin konsert salonuna daxil olaraq insanlara atəş açmasının görüntülərini də yayıb.

Qeyd edək ki, "Crocus City Hall" azərbaycanlı iş adamı Araz Ağalarova məxsusdur.

Müəllif: Ucnoqta.az redaksiyası