Ucnoqta.az
www.ucnoqta.az

Xankəndidə xeyli sayda silah-sursat tapılıb

10:58 - 22 Mart 2024 tarixində dərc olunub.

Xankəndi şəhəri ərazisindən silah-sursat tapılıb.

Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 21-də Xankəndi şəhəri ərazisindən 19 avtomat silahı, 1 pulemyot, 4 tapança, 3 tüfəng, 1 qumbaraatan, 10 qumbara, 47 patron darağı, 8602 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Müəllif: Ucnoqta.az redaksiyası