Ucnoqta.az
www.ucnoqta.az

Hafiz Pənahov yeni vəzifəyə təyin olunub

11:03 - 21 Mart 2024 tarixində dərc olunub.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri vəzifəsinə təyinat olub.

Ucnoqta.az xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən bu vəzifəyə Hafiz Pənahov təyin olunub.

Qeyd edək ki, Hafiz Pənahov bu təyinata qədər Şəmkir rayonu üzrə təhsil sektorunda müdir müavini, Şəmkir rayon İcra Hakimiyyətində İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışıb.

Müəllif: Ucnoqta.az redaksiyası