Ucnoqta.az
www.ucnoqta.az

Baş nazir sərhəd məntəqələri ilə bağlı qərar imzaladı

18:19 - 18 Mart 2024 tarixində dərc olunub.

Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı artıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Cənub – Astara dövlət sərhədindən buraxılış məntəqəsi (Astara rayonu (Astara şəhəri), Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında) siyahıya daxil edilib.

Müəllif: Ucnoqta.az redaksiyası