Ucnoqta.az
www.ucnoqta.az

Hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

14:38 - 17 Mart 2024 tarixində dərc olunub.

Dumanlı hava şəraiti ilə bağlı xəbərdarlıq edilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, martın 18-də dumanlı hava şəraiti ilə əlaqədar olaraq əsasən gecə və səhər saatlarında dağlıq və dağətəyi rayonlarda magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı ehtimalı var.

Müəllif: Ucnoqta.az redaksiyası