Ucnoqta.az
www.ucnoqta.az

Husilərə məxsus 9 raket və 2 PUA məhv edilib

05:59 - 15 Mart 2024 tarixində dərc olunub.

ABŞ ordusu "Ənsar Allah" hərəkatının husi qiyamçılarına məxsus doqquz gəmi əleyhinə raketi və iki PUA-nı məhv edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı X səhifəsində məlumat yayıb.

Komandanlıq həmçinin qeyd edir ki, husilər Ədən körfəzinə doğru iki gəmi əleyhinə ballistik raket və Qırmızı dənizə doğru iki ballistik raket atıblar.

Müəllif: Ucnoqta.az redaksiyası