Ucnoqta.az
www.ucnoqta.az

Milyarder "Titanik"in surətini yaratmaq istəyir - 2027-ci ildə ...

16:22 - 14 Mart 2024 tarixində dərc olunub.

Avstraliyalı milyarder Klayv Palmer bədnam transatlantik layneri “Titanik”in surətini tikmək və gəmini 2027-ci ildə ilk səyahətinə göndərmək niyyətindədir.

Ucnoqta.az xəbər verir ki, bu barədə news.co.au məlumat yayıb.

Onun sözlərinə görə, 56 min ton yerdəyişmə qabiliyyətinə malik doqquz göyərtəli gəminin dəyəri 1 milyard dollar qiymətləndirilir və o, 2,5 min nəfərə qədər insanı daşıya bilər. Tikinti işlərinin 2025-ci ilin qışında başlayacağı, 2027-ci ildə isə "Titanik"in ilk səyahətinə buraxılacağı gözlənilir.

Portal qeyd edir ki, layihə 2013-cü ildən hazırlanır, lakin onun həyata keçirilməsi uzun müddətdir ki, ləngiyir. Palmer əvvəlcə dünyanın gəminin nüsxəsini 2022-ci ildə görəcəyini gözləyirdi, lakin maliyyə çatışmazlığı və pandemiya ilə sarsıdılmış kruiz səyahətinə ictimaiyyətin inamı olmadığı üçün layihənin başlanmasını təxirə salmaq məcburiyyətində qaldı. Milyarderin sözlərinə görə, “bir neçə milyon insan” artıq onun ideyası ilə maraqlanıb və indi onu həyata keçirmək üçün kifayət qədər vəsaiti var.

Müəllif: Ucnoqta.az redaksiyası